Ruslar Azərbaycana göndərəcəyi baş məşqçini bu ay müəyyənləşdirəcək
17.06.2012 - 10:15
Ruslar Azərbaycana göndərəcəyi baş məşqçini bu ay müəyyənləşdirəcək
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi yaxın günlərdə müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko müqaviləsi başa çatan hollandiyalı baş məşqçiləri Dik Advokatı kiminlə əvəzləyəcəklərini hazırda davam edən Avropa çempionatının sonuna kimi reallaşdıracaqlarını bildirib. O, hələ çalışdırıcını müəyyənləşdiklərini söyləyib: “Ancaq Avropa çempionatının sonuna kimi bunu edəcəyik. Ən uzağı, iyulun ilk dekadasına kimi. Yeni baş məşqçi yerli, yoxsa əcnəbi olacaq? Sonra fikirləşərik”.

Fursenko yeni baş məşqçinin qarşısında duran vəzifədən danışıb: “Bu, qarışıq vəzifə olacaq – həm nəticə, həm də gəncləşmə. Bilərəkdən gəncləşmə olmayacaq. Yığmada hazırda güclü olan futbolçular oynayacaq”.

Qeyd edək ki, Advokat son 2 ildə çalışdırdığı Rusiya yığmasını final mərhələsində çıxarsa da, qrupdan çıxara bilmədi.