AVRO-2012-də ilk istefa
17.06.2012 - 10:37
AVRO-2012-də ilk istefa baş verib. Apasport.az saytının məlumatına görə, Polşa yığmasının baş məşqçisi Frantişek Jmuda postundan getdiyini bildirib. Təcrübəli polşalı mütəxəssis bunu ev sahibi olduqları final mərhələsində qrupda sonuncu yeri tutduqlarına görə etmədiyini söyləyib: “Mən vəzifəmdən azad olunmamışam, özüm gedirəm. Mənim müqaviləm Avropa çempionatının sonunda bitir. Federasiyamızın prezidenti Qjeqoj Lyato ilə belə razılığımız olub ki, qrupdan çıxmağımız halda, o, uzadılmayacaq. Müqavilənin müddətini artırmağı mənasızdır”.
Vaxtilə “Lex”in baş məşqçisi kimi “Xəzər Lənkəran”ı UEFA kubokunda mübarizədən kənarlaşdıran Jmuda son 3 ildə yığmanı çalışdırırdı.
Qeyd edək ki, Polşa kimi, A qrupunda qalan Rusiya yığmasının hollandiyalı çalışdırıcısı Dik Advokatın final mərhələsindən sonra müqaviləsini uzatmayacağı xeyli əvvəldən məlum idi.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0