“Mən İspaniya yığmasından şübhələnmək üçün əsas görmürəm”
17.06.2012 - 13:36
“Mən İspaniya yığmasından şübhələnmək üçün əsas görmürəm”
“Mən İspaniya – Xorvatiya oyununun 2:2 hesabı ilə nəticələnəcəyinə inanmıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib. İtaliyalı mütəxəssis Avropa çempionatının 14 final mərhələsinə çıxmalarına əngəl ola biləcək nəticənin qeydə alınacağını düşünmür. Onun fikrincə, komandası son turda İrlandiyaya, İspaniya son turda Xorvatiyaya qalib gələcək: “İspaniya yığması böyük komandadır. O, həmişə qələbəyə oynayır. Şübhələnmək üçün əsas görmürəm”.

İtaliyaya qrupdan çıxmaq üçün İrlandiyaya imkan daxilində çox – 3-4 qol vurmaq lazımdır. Maraqlıdır ki, 2 oyuna 2 qol vuran italyanlar bunu necə reallaşdıra bilər?: “Əsas məsələ qol imkanlarını yaratmaq və öz qapının ağzında yüksək konsentrasiyanı saxlamaqdır. Mən taktiki sxemimizi dəyişmək fikrində deyiləm. Turnirin gedişində yerdəyişmə çətindir. Mən hesab etmirəm ki, 3-5-2 taktiki sxemini lap gec, Avropa çempionatına az qalmış oynatmağa başladım. Komanda bu sxemlə oynayanda, inkişaf etməyə başlayır”.