İlk 1/4 finalçılardan unikal göstəricilər
17.06.2012 - 16:58
AVRO-2012-də A qrupundan növbəti mərhələyə çıxan yığmalar unikal göstəricilərə imza atıb. Apasport.az saytının məlumatına görə, qrupun qalibi olan Çexiya yığması 1960-cı ildən keçirilən turnirin tarixində ilk yeri topların mənfi fərqi ilə tutan 1-ci komanda olub. Qrupda keçirdiyi 3 oyunda 6 xal toplayan çexlər 4 qol vurub, 5-i buraxaraq, fərqi mənfi 1 olub.
Yunanıstan millisinin isə 2-ci dəfə pley-off mərhələsinə çıxdığı qitə birinciliyində cəmi 2 qələbəsi olub. O, AVRO-1980-da 3 oyundan 1-də heç-heçə edib, 2-də uduzubsa, AVRO-2008-də hamısında yenilib. Yunanlar 2004-cü ildə qalibi olduqları turnirin qrup mərhələsində 1 dəfə qalib gəlmişdi. Onun 2-ci qələbəsi Rusiya ilə son oyunda oldu ki, şəxsi oyunda üstünlük 2-ci yerlə növbəti mərhələyə vəsiqə qazandırdı.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0