Baş məşqçi hakimlikdən şikayətləndi
18.06.2012 - 08:29
“Düşünürəm ki, hakim Almaniya yığmasının qapısına penalti təyin edə bilərdi. Bildiyimə görə, öz cərimə meydanında rəqibin geyimini əynindən çıxara bilməzsən”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarka milli komandasının baş məşqçisi Morten Olsen deyib.
O, AVRO-2012-nin Almaniya ilə oyunundan (1:2) sonra hakimlikdən gileylənib: “Buna baxmayaraq almaniyalıların qələbəsinin qanunauyğun olduğunu etiraf etməliyəm. Biz əsl fenomenal komanda ilə, yarışın favoritlərindən biri ilə oynadıq. Əlbəttə ki, turnirlə vidalaşmaq üzücüdür. Lakin yığmamız Danimarka futbolunu layiqincə təmsil etdi. Bu komandanın gələcəyi var”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0