“Komanda inamsız təsir bağışladı”
18.06.2012 - 09:36
“Komanda inamsız təsir bağışladı”
“Oyuna tyaxşı başladıq və 10 dəqiqəyə qol vurduq. Lakin sonra komanda inamsız təsir bağışladı. Xüsusilə qapısından qol buraxanda”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Bert van Marveyk deyib.

O, AVRO-2012-nin Portuqaliya ilə oyunundakı 1:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Oyunun gedişini dəyişə bilərik. Lakin müdafiədə əvvəlki 2 matçdakı kimi pis oynadıq. Bəlkə də bəzi oyunçular yaxşı formada deyildi. Bu qarşılaşmada risk edib irəli getməliydik. Bu əvvəl alındı, sonra isə yox”.

Qeyd edək ki, Hollandiya yığması ardıcıl 3 oyunda uduzaraq qrupda sonuncu olub.