Ronaldodan unikal göstərici
18.06.2012 - 09:43
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo unikal nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, AVRO-2012-nin Hollandiya ilə qarşılaşmasında dubla imza atan pireneyli ardıcıl 5-ci böyük turnirin final mərhələsində qol sevinci yaşayıb.
AVRO-2004, DÇ-2006, AVRO-2008, DÇ-2010-un da final mərhələsində qol vuran Ronaldo artıq 10 ildir böyük yarışları qolsuz tərk etmir. O, buna nail olan ilk portuqaliyalıdır. Bu göstəricidə mütləq rekord isə əfsanəvi Yurgen Klinsmanna məxsusdur. Almaniya yığmasının sabiq futbolçusu ardıcıl 6 dəfə final mərhələsində qol vurub.
Ronaıldo həm də ardıcıl 3 Avropa çempionatında fərqlənən 7-ci futbolçu olub. Ona qədər portuqaliyalılar Elder Poştiqa, Nunu Qomeş, fransalı Tyerri Anri, isveçli Zlatan İbrahimoviç, çexiyalı Vladimir Şmitser və almaniyalı Yurgen Klinsmann buna nail olmuşdu.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0