Milli komandadan antirekord
18.06.2012 - 10:31
Hollandiya milli komandası Avropa çempionatlarının final mərhələləri tarixində ən zəif nəticəsini göstərib. Apasport.az saytının məlumatına görə, 14 qitə çempionatının 9-da final mərhələsinə yüksələn “narıncılar” indiyədək Polşa və Ukraynada keçirilən AVRO-2012-dəki kimi uğursuz çıxış etməmişdi.
Tarixi ərzində 1 çempionluğu, 4 bürünc medalı olan Hollandiya daha 2 dəfə 1/4 finalda dayanıb. Yalnız 2-ci dəfədir ki, qrupda qalan yığma bunadək yalnız 1980-ci ildə belə uğursuzluq yaşamışdı. Həmin vaxt hollandiyalılar 4 xal toplayaraq qrupda qalmışdı. Bu isə o deməkdir ki, 32 ildən sonra qrup mərhələsini adlaya bilməyən “narıncılar” ilk dəfə AVRO-dan qələbəsiz, hətta xalsız ayrılıb.
Qeyd edək ki, Hollandiya yığması AVRO-2012-də Danimarkaya 0:1, Almaniya və Portuqaliyaya eyni - 1:2 hesabı ilə məğlub olub.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0