İspaniya və İtaliya yığmaları 1/4 finalda
19.06.2012 - 00:37
İspaniya və İtaliya yığmaları 1/4 finalda
AVRO-2012-də C qrupunun III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqələrin sahibi son turda müəyyənləşib.

Ardıcıl 2 məğlubiyyətdən sonra qrupda qaldığı rəsmiləşən İrlandiyadan fərqli digər 3 komandanın taleyinə də son matçlar aydınlıq gətirib. Son dünya və Avropa çempionu İspaniya Xorvatiya ilə qarşılaşıb. Pireneylilərin 1:0 hesablı qələbəsi onları qrup birincisi edibsə, balkanlıları qrupda saxlayıb.

Buna İtaliya millisinin qələbəsi səbəb olub. Apeninlilər İrlandiya ilə oyunda 2 cavabsız qolla qalib gəlib. Bununla da İspaniya və İtaliya yığmaları 1/4 finala yüksəlib.




AVRO-2012

Final mərhələsi
III tur
C qrupu


XORVATİYA – İSPANİYA - 0:1
QOL: Navas, 88
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Qdansk. “PGE Arena” stadionu

İTALİYA – İRLANDİYA - 2:0
QOLLAR: Kassano, 35; Baletelli, 89
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Poznan. “Miyejski” stadionu

C qrupu
1İspaniya32106-17
2İtaliya31204-25
3Xorvatiya31114-34
4İrlandiya30031-90