“Dahi məşqçi olub-olmamağımı mən mühakimə etməməliyəm”
18.06.2012 - 17:18
“Dahi məşqçi olub-olmamağıma mən mühakimə etməməliyəm. İngiltərə Futbol Assosiasiyası mənə etimad göstərdi ki, buna şadam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İngiltərə yığmasının baş məşqçisi Roy Hocson deyib. Təcrübəli ingiltərəli mütəxəssis Avropa çempionatının startına az qalmış yığmada uğurlu çalışır. Belə ki, qrupdan çıxmağa çox yaxın olan ingilislərə Ukrayna ilə sabahkı oyunda heç-heçə də yetərlidir: “Mən işimi bacardığım qədər görürəm. Yeri gəlmişkən, bunu artıq 37 ildir edirəm və gücüm çatanadək davam etdirəcəyəm. Qoy, məni başqaları qiymətləndirsin”.
Heyətdən danışan Hocson cəzası bitən əsas hücumçusu Ueyn Runinin qayıdışa sevinirsə, Teo Uolkottun zədələnməyinə üzülür: “Runi xüsusi futbolçudur. Misal üçün siz onu heyətə daxil etməsəydiniz, bunu başa düşməzdiniz. Elə heç kim də bunu anlamazdı. Ueyn öz mövqeyində - bombardir kimi çıxış edəcək. Onun kimi əvəzləyəcəyinə sonra qərar verəcəyik. Təəssüf ki, Uolkott məşqdə zədələndi. Onun Ukrayna ilə matçda meydana çıxacağı böyük sualdır. Teonun aldığı zədə ötən mövsüm uzun müddət oynamağına imkan vermədi. İndi hər şey tibbi korpusdan asılıdır. Mən onu əsas heyətdə meydana buraxıb, 5 dəqiqə sonra əvəzləyə bilmərəm”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0