“Milli komandada nəticə qazanmaq üçün mənə vaxt lazımdır”
18.06.2012 - 18:08
“Milli komandada nəticə qazanmaq üçün mənə vaxt lazımdır”
AVRO-2012-də qrupda qalmağı artıq dəqiqləşən İsveç yığmasının baş məşqçisi Erik Hamren son turda Fransa millisi ilə sabahkı oyun öncəsi gələcək taleyindən danışıb. Apasport.az saytının məlumatına görə, isveçli mütəxəssis uğursuzluğa baxmayaraq, işini davam etdirmək istəyir. O, uğur qazanmaq üçün vaxta ehtiyac olduğunu bildirib: “Mən komandada işimi davam etdirmək üçün enerji ilə doluyam. “Olsborq”da istədiyimizə nail olmaq bizə 3,5 il lazım gəldi. “Rusenborq”da isə 10 ay. Buna görə də nəticəni qazanmaq üçün mənə vaxt lazımdır”.

Qeyd edək ki, İsveç millisinin ilk 2 turdan sonra hesabında xal yoxdur.