Biliç italiyalı jurnalistlərə “ilişdi”
19.06.2012 - 08:27
Biliç italiyalı jurnalistlərə “ilişdi”
“Demək istədiklərimin hamısını oyundan əvvəl demişəm. İtaliyalı jurnalistlərə ayıb olsun!”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib.

AVRO-2012-nin İspaniya ilə oyununda 0:1 hesabı ilə uduzan balkanlıların çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında italiyalı həmkarlarımıza “ilişib”: “Belə şeylər haqqında azarkeşlər danışa bilər. Ciddi jurnalistlərin isə oyunun danışılması ilə bağlı suallar verəcəyini heç gözləmirdim”.

Qeyd edək ki, Xorvatiya və İspaniya milliləri 2:2 və ya daha məhsuldar heç-heçə olsaydı İtaliya qrupda qalacaqdı.