Teymur Rəcəbov Levon Aronyanı qabaqladı - FOTO
19.06.2012 - 09:50
Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışın son turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov xal itkisi ilə üzləşib.
Qara fiqurlarla oynayan həmyerlimiz Hikaru Nakamura (ABŞ) ilə sülh bağlayıb. Lakin Teymur qələbə qazana bilsəydi, ən azı ikinci olacaqdı. Çünki onunla eyni xal toplayan Fabiano Karuana (İtaliya) IX turda uduzub. Məğlubiyyətə baxmayaraq, o, əlavə göstəricilərə görə təmsilçimizi qabaqlayıb, Rəcəbov isə 3-cü yeri tutub. Onun ilk “3-lüyü” qapamasında Maqnus Karlsenin (Norveç) qələbə qazanması da rol oynayıb. Belə ki, dünyanın ən güclü zəka sahibi 1 xal sayəsində çempion adına yiyələnib.
IX tur
Levon Aronyan (Ermənistan) – Fabiano Karuana (İtaliya) – 1:0
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Yevgeni Tomaşevski (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Lük Makşeyn (İngiltərə) – Maqnus Karlsen (Norveç) – 0:1
Vladimir Kramnik (Rusiya) - Aleksandr Morozeviç (Rusiya) – 0,5:0,5
Yekun turnir cədvəli: Karlsen – 5,5, Karuana, Rəcəbov – 5, Kramnik, Morozeviç, Aronyan, Qrişuk - 4,5, Makşeyn, Nakamura – 4, Tomaşevski – 3,5.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0