Frants Bekkenbauer: Almaniya belə oyunla Avropa çempionu olmayacaq
19.06.2012 - 10:26
Almaniyanın əfsanəvi futbolçusu Frants Bekkenbaeur milli komandasını tənqid edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis vaxtilə çalışdırdığı, 1990-cı ildə dünya çempionu etdiyi yığmasının AVRO-2012-də çıxışından razı qalanlar sırasında deyil.
Bundestim qrup mərhələsində yüz faizli nəticə göstərən yeganə komanda olsa da, “Bavariya”nın fəxri prezidenti bunu yetərli saymır. Bekkenbauer Danimarkaya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra çoxları üçün xoşagəlməyən fikirlərini açıqlamaqdan çəkinməyib: “Mən fikirləşirdim ki, komandamız danimarkalılar üzərində daha inamlı qələbə qazanacaq. Onlar aşkar futbolun yaradıcıları deyillər. Yığmamız kombinasiyalı oynayırdı, ancaq bu zaman rəqibin müdafiə xəttinə təzyiq göstərmirdi. Bu, xüsusilə 2-ci hissədə oldu. Yığmamız belə oyunla Avropa çempionu ola bilməyəcək. Avropa çempionu adını qazanmağa iddia etmək üçün oyunu gücləndirmək lazımdır”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0