“İnter”lə qarşılaşmada daha böyük fərqlə də qalib gələ bilərdik”
19.06.2012 - 10:34
“İnter”lə qarşılaşmada daha böyük fərqlə də qalib gələ bilərdik”
“İlk yoxlama oyunundan çox razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Kapfenberq” klubunun almaniyalı baş məşqçisi Tomas fon Heesen deyib.

Uzun illər Almaniyanın “Hamburq” klubunda oynaması ilə tanınan 41 yaşlı mütəxəssis Bakının “İnter” klubu ilə yoxlama oyunu haqda danışıb: “Biz çox yaxşı oynadıq. Bunun nəticəsində rəqib qapısında qol imkanları yaratdıq. Bu qarşılaşmada daha böyük fərqlə də qalib gələ bilərdik”.

Qeyd edək ki, “Kapfenberq” “İnter”lə matçda 1:0 hesabı ilə qalib gəlib.