Ronaldo dubl etdi, Azərbaycan yada düşdü
19.06.2012 - 14:13
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldonun AVRO-2012-nin Hollandiya ilə qarşılaşmasında dubl etməsi onu Pireney ölkəsində əsl qəhrəmana çevirib. Apasport.az saytının məlumatına görə, komandasını 1/4 finala daşıyan kapitanın yığma karyerası da Portuqaliya mətbuatı tərəfindən xatırlanıb.
Ronaldonun millidəki qollarını yada salan həmkarlarımız onun Azərbaycan millisinə də qənim kəsildiyini unutmayıb. 2006-cı il oktyabrın 7-də millimiz üzərində 3:0 hesablı qələbə zamanı da Kriştianu dubla imza atmışdı. Ulduz futbolçunun yığmadakı bütün dubllarının siyahısını tərtib edən portuqaliyalılar artıq 7 dəfə buna imza atan hücumçunun 6 il əvvəlki uğurunu da qeydə alıb. Həmin dubl millidəki 3-cü uğur olub. Maraqlıdır ki, əvvəlki 6 dublun hamısında böyük hesab qeydə alınmışdısa Hollandiya acınacaqlı yenilgidən qaçmağı bacarıb – 1:2.
Yığmada 34 qol vuran Ronaldonun bu matçadək ən çox məyus etdiyi komandalar isə hərəyə 2 dəfə onun zərbəsi qarşısında aciz qalmışdı. Belə yığmalardan biri də Azərbaycan millisi idi. Lakin əvvəllər 1 dəfə məyus etdiyi Hollandiyaya daha 2 qol vuran Ronaldo “narıncılar”ın əsl qəniminə çevrilib: Hollandiya – 3 qol, Estoniya, Rusiya, Lüksemburq, Səudiyyə Ərəbistanı, Azərbaycan, Qazaxıstan, Belçika, Danimarka, Kipr, Bosniya və Herseqovina – hərəsinə 2, Yunanıstan, Latviya, Slovakiya, İran, Ermənistan, Polşa, Çexiya, Finlandiya, KXDR, Islandiya, Argentina – hərəsinə 1.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0