Yoahim Löv: Razılaşmışıq ki, o, futbola, mən isə siyasətə qarışmayacam
19.06.2012 - 17:51
Yoahim Löv: Razılaşmışıq ki, o, futbola, mən isə siyasətə qarışmayacam
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv AVRO-2012-də Yunanıstan millisi ilə ¼ final oyunlarına siyasi don geyindirmir. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yunanlarla iyunun 22-də keçiriləcək oyunlarına siyasətin heç bir formada təsir etməyəcəyini deyib.

O, bununla bağlı suala gülərüzlə cavab verib: “Siyasət? Bəli, bu haqda indi çox danışırlar. Belə cavab verim. Yığmamızın dövlətimizin başçısı Angela Merkellə gözəl münasibətləri var. Biz onunla razılaşmışıq ki, o, futbola, mən isə siyasətə müdaxilə etməyəcəm”.