“Avropa çempionatından belə tez getdiyimiz üçün üzgünük”
20.06.2012 - 09:00
“Bu dəqiqə ikili hisslər keçirirəm. Biz güclü komanda üzərində qələbədən razı olmalıyıq. Hansı ki 23 oyundur uduzmurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İsveç yığmasının baş məşqçisi Erik Hamren deyib. Onun rəhbərlik etdiyi yığma ilk 2 oyunda məğlubiyyətdən sonra Avropa çempionatının qapılarını möhkəm çırparaq, qrup lideri olan Fransanı 2:0 hesabı ilə yendi.
Hamren möhtəşəm futbol oynadıqlarını bildirib: “Əvvəl edə bilmədiklərimi etdik və qalib gəlmək üçün bu, vacibdir. Qələbə özümüzü qiymətləndirməyə və fantastik azarkeşlərimizin əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Ancaq biz eyni zamanda üzgünük.. Çünki hamı Avropa çempionatında daha çox qalmaq istəyirdi. Biz uzağa getmək istəyirdik. Ancaq bunu edə bilmədik. Biz böyük məmnuniyyətlə Kiyevdə vaxt keçirdik, əla oteldə qaldıq, gözəl insanlarla görüşdük. Oteldən getdiyimiz zamanı sanki dostlarımızdan ayrılırdıq. Getmək məyusedicidir, ancaq həyat belədir”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0