Andrey Şevçenko yığma karyerasını bitirdi
20.06.2012 - 09:19
AVRO-2012-nin qrup mərhələsinin son oyunları 2 futbolçunun milli komanda karyerasında axırıncı olub. Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasına 0:1 hesabı ilə uduzan Ukrayna millisinin 2 üzvü karyerasını bitirib. Bunlar komandanın kapitanı 36 yaşlı Andrey Şevçenko və 32 yaşlı Andrey Voronindir. Son qarşılaşmada start heyətindən kənar qalan hücumçular yığma karyeralarını bitirməyə qərar veriblər.
Qeyd edək ki, sonradan meydana çıxan, zədə problemi olan Şevçenkodan fərqli Voronin İngiltərə ilə qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, sonradan meydana çıxan, zədə problemi olan Şevçenkodan fərqli Voronin İngiltərə ilə qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0