Bloxin hakimləri “topa tutdu”: Futbolçularımı tənqid etməyin!
20.06.2012 - 09:39
Bloxin hakimləri “topa tutdu”: Futbolçularımı tənqid etməyin!
“Etiraf edirəm ki, hakimlikdən narazı qaldım. Bu, nə hakimlik idi?”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin deyib. Ev sahibi olduqları Avropa çempionatında mübarizəni qrup mərhələsində dayandıran ukraynalıların təcrübəli çalışdırıcı son turda İngiltərəyə məğlubiyyətlərində əsas səbəblərdən biri kimi hakimliyi görüb: “Top qapı xəttini yarım metr keçir, hakim susur. Ümumiyyətlə, 5-ci hakim nəyə lazımdır? Terri cərimə meydanında əllə oynayır, Kerroll futbolçumuzu dirsəyi ilə vurur, meydanın mərkəzində arxadan sürüşmə fəndi edir, yenə hakim fitini çalmır. Elə isə hakimlikdən nə danışasan? Uduzduq və mən komandama görə utanmıram. Onlar yaxşı oynayıb, məğlubiyyətə layiq deyildilər. Siz də futbolçularımızı tənqid etməyə cəsarət etməyin. Əgər oyunumuz xoşunuza gəlmədisə, mənə hücum edin. Mən komandamı pis vəziyyətdə qoymaram”.