“İki il əvvəl bəxt bizdən üz döndərdi, indi borcunu qaytardı”
20.06.2012 - 11:05
“Milli komandamız üçün meydan sahiblərinin təzyiqi nəticəsində müdafiə olunmalı olduğumuz çətin oyun oldu. Ukraynalılar ispan oyun üslubunda hərəkət edirdilər, topla çox rəftar edir, tez ötürmələr edir, kimisə zərbə mövqeyində çıxarırdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İngiltərə yığmasının baş məşqçisi Roy Hocson deyib. Onun Avropa çempionatı öncəsi baş məşqçi postuna keçdiyi yığma qrup mərhələsini məğlubiyyətsiz lider kimi başa vurdu. Bu, son turda Ukraynanı 1:0 hesabı ilə yenəndən sonra reallaşdı.
Hocson rəqibin oyun üslubuna görə çox diqqətli olduqlarını bildirib: “Biz sonda qalib gəldik və rəqibdən fərqli bizim bəxtimiz gətirdi. Ancaq futbolda belə şeylər həmişə olub. İki il əvvəl bəxt İngiltərə yığmasından döndü, ancaq indi borcunu qaytardı. Bir də ki bəxtin üzümüzə gülməyi üçün futbolçularımız da səy göstərdilər. Belə ki, Con Terri topu qapı xəttindən çıxaranda, başgicəlləndirici tullanış oldu. Qapıçımız Co Hart isə bir neçə dəfə komandanı xilas edərək, əla matç keçirdi. Oyunun ən faydalı futbolçusu seçilən kapitanımız Stiven Cerrardı qeyd etməyə bilmərəm. O, yüksək səviyyəli oyun göstərdiyindən, buna layiq idi”.
Təcrübəli mütəxəssis cəzadan qayıdaraq, qələbə topunun müəllifi olan hücumçusu Ueyn Runiyə də yüksək qiymət verib: “O, yaxşı səviyyədə oynadı, çox intizamlı və cəsarətlə hərəkət edirdi. Turnirdə ilk oyunundan həm mən, həm də özü razı qala bilər. Belə çətin qrupda necə çıxış etdiyimizə görə fəxr edirəm. Bu cür güclü rəqiblərimiz olduğu halda, uduzmayaraq, 1-ci yeri tutduq. Bununla əlaqədar hamını təbrik etmək istərdik. Mən bilirəm ki, vətənimizdə bizi çılğın dəstəkləyirlər. Bu, bizi ruhlandırır. Hələ İtaliya yığması haqda düşünmək istəmirəm. Bununla bağlı artıq Kiyevdə oyun öncəsi mətbuat konfransında danışmağı təklif edirəm”.
Qeyd edək ki, 1/4 final mərhələsinin İngiltərə - İtaliya oyunu iyunun 24-də keçiriləcək.

0
0