Futbolçularımız AVRO-2012-nin məşqçilərindən çox qazanır - SİYAHI
20.06.2012 - 14:27
Futbolçularımız AVRO-2012-nin məşqçilərindən çox qazanır - SİYAHI
AVRO-2012-nin iştirakçıları olan yığmaların baş məşqçilərinin illik məvacibləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, futbol analitiklərinin hesablamalarına görə Rusiya millisinin hollandiyalı çalışdırıcısı Dik Advokat ən yüksək ödənişli mütəxəssisdir. Turnirdə çıxışını başa vuran şimal qonşularımızla müqaviləni uzatmaq istəməyən Advokat 1 ilə 7 milyon avro qazanıb.

İkinci yerdə gedən İtaliya yığmasının baş məşqçisi Çezare Prandellinin illik qazancı ondan 2 dəfədən də azdır - 3 milyon avro. İtaliyalıdan sonra gələn Almaniya millisinin çalışdırıcısı Yoahim Lövün illik müqaviləsi 2,5 milyon avro təşkil edir. Digər postsovet məkanı olan Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin isə 475 min avro ilə siyahıda 11-ci yerdə gedir.

Siyahını isə Xorvatiya yığmasının çalışdırıcısı Slaven Biliç qapayır. Qrup mərhələsində çıxışı ilə ən yaxşı komandalardan sayılan, İspaniya və İtaliya kimi güclü rəqiblərə gücünü göstərən belə bir millinin baş məşqçisi ilə cəmi 160 min avro alır. Qrup lideri kimi növbəti mərhələyə çıxan Çexiya yığmasının çalışdırıcısı Mihal Bilek isə xorvatiyalı həmkarından yalnız 40 min artıq qazanır. Göründüyü kimi, futbolçularımız indiyə kimi final mərhələsinin iştirakçıları olmasalar da, Bilek, Biliç kimi tanınmış mütəxəssislərdən ildə çox qazanırlar.


AVRO-2012-nin iştirakçıların baş məşqçilərinin illik məvacibləri

Rusiya:
Dik Advokat - 7 milyon avro
İtaliya: Çezare Prandelli - 3 milyon
Almaniya: Yoahim Lev - 2,5 milyon
İngiltərə: Roy Hocson - 2 milyon
Hollandiya: Bert van Marveyk - 1,8 milyon
İrlandiya: Covanni Trapattoni - 1,5 milyon
İspaniya: Visente del Boske - 1,5 milyon
Portuqaliya: Paulu Bentu - 1,5 milyon
Fransa: Loran Blan - 1,2 milyon
Yunanıstan: Fernandu Santuş - 500 min
Ukrayna: Oleq Bloxin – 475 min
İsveç: Erik Hamren - 400 min
Danimarka: Morten Olsen - 390 min
Polşa: Frantişek Jmuda – 300 min
Çexiya: Mihal Bilek - 200 min
Xorvatiya: Slaven Biliç - 160 min

Qeyd edək ki, Advokat vətəninə qayıdaraq, PSV-nin baş məşqçisi postuna keçdiyindən, Rusiya yığmasının çalışdırıcısı kimi qarşıdakı dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunlarda iştirak etməyəcək.