“Biz Portuqaliya yığması ilə bacarıb, onu keçə bilərik”
20.06.2012 - 17:33
“Portuqaliya yığması Hollandiya ilə matçda gözəl oynadı. Onların heyətində çoxlu yüksək səviyyəli futbolçu var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çexiya yığmasının baş məşqçisi Mihal Bilek deyib. Avropa çempionatının qrup mərhələsini lider kimi başa vuran çexlər sabah start götürəcək 1/4 final mərhələsində ilk olaraq mübarizəyə başlayacaq.
Bilek Varşavada üzləşəcəkləri Portuqaliya yığmasını xarakterizə edib: “Bu yığma meydanda boş sahəsinin olmağı xoşlayır. Bu zaman omanda sürətindən, habelə Kriştianu Ronaldo, Nani kimi futbolçulardan istifadə edə bilir. Onlar dünya səviyyəli futbolçulardır. Buna görə də bizi maraqlı və çətin oyun gözləyir”.
Çexiyalı çalışdırıcı rəqibin güclü olmağına baxmayaraq, yarımfinala çıxacaqlarını düşünür: “Fikrimcə, biz portuqaliyalılarla bacarıb, onu keçə bilərik. Onların Ronaldo kimi aparıcı futbolçularına oynamağa imkan vermək olmaz. O, çox dəqiq, güclü zərbəyə malikdir. Ronaldo daim qol vurmağa köklənib. Buna görə də dünyada ən güclü hücumçulardan biridir. Biz isə son matçlarda olduğu kimi, həmin yüksək səviyyəli futbolu göstərməliyik”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0