Ukraynalı azarkeşlər şəlaləni də susdurdu
20.06.2012 - 15:08
Ukraynalı azarkeşlər şəlaləni də susdurdu
AVRO-2012-nin final mərhələsinin İngiltərə - Ukrayna oyununda rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Donbass-Arena” stadionuna toplaşan azarkeşlər inanılmaz səs-küy yarada bilib. Arenadakı səs səs-küy 123 db-yə bərabər olub. Bunu açıqlayan şəhərin meri Aleksandr Lukyançenko bildirib ki, 131 db-lıq rekorda az çatmayıb.

Qeyd edək ki, məşhur Niaqara şəlaləsinin səsi 90-100 db-ya bərabərdir.