“Mən deməzdim ki, Çexiyası yığması ¼ final mərhələsinin autsayderidir”
20.06.2012 - 18:01
“Özümüzü favorit adlandırmağa hazırlaşmırıq. 1/4 final oyunu istənilən halda, çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu deyib. Avropa çempionatının 1/4 final mərhələsinə B qrupunda 2-ci yeri tutmaqla çıxan portuqaliyalılar A qrupunun lideri Çexiya millisi ilə üzləşəcək.
Bentu rəqibi bu mərhələnin autsayderi saymır: “Mən deməzdim ki, Çexiya 1/4 final mərhələsinin autsayderidir. Bizi güclü rəqib gözləyir. Çexlər ilk oyununda Rusiyadan darmadağın aldılar. Ancaq sonradan 2 oyunda qalib gələrək, qrupdan çıxdılar. Onların Avropa çempionatında taleyi hardasa bizimkini xatırladır”.
Portuqaliyalı çalışdırıcı yarımfinala çıxmalarını real hesab edir: “İşləmək və indiyə kimi oynadığın səviyyəni göstərmək lazımdır. Onda yarımfinala çıxa bilərik. Hələ qarşıda çox işimiz var. Ancaq həm məndə, həm də futbolçularda fəxr etməyə əsas var. Biz 1/4 finaldayıq, yaxşı futbol göstərdik və qrupdan son Avropa çempionatının finalçısı ilə birgə çıxdıq”.
Qeyd edək ki, Portuqaliyanın qrupunda 1-ci yeri bu mərhələdə yüz faizli nəticə göstərən yeganə komanda - Almaniya yığması tutdu.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0