Olimpiyaçımız 5-ci çempionluğuna doğru
20.06.2012 - 16:01
İyunun 27-də Bakıda bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı keçiriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışlarda həm böyüklər, həm də 1997-1999-cu il təvəllüdlü idmançılar mübarizə aparacaq. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı proqram növlərində medallar uğrunda qüvvələrini sınayacaqlar.
Ardıcıl 4 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qorumağa çalışacaq. O, yarışlarda London Olimpiadasında təqdim edəcəyi proqramla çıxış edəcək.
Birincilik uğrunda onun əsas rəqibləri Lalə Yusifova və Ayşə Mustafayeva olacaq. Adıçəkilən idmançılar bu ildən böyüklər kateqoriyasına keçiblər.
Qeyd edək ki, Bakı Olimpiya İdman Kompleksi baş tutacaq yarışda “Neftçi” İSM-in gimnastları ilə yanaşı, Respublika Kompleks İdman Məktəbi və “Spartak”ın idmançıları, habelə Bakı Gimnastika Məktəbinin, “Sərhədçi”, Gəncə, Sumqayıt və Xırdalanın təmsilçiləri çıxış edəcəklər. Çempionat saat 12:15-də başlayacaq. Yekunda – 16:45-də isə Qala-konsert olacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0