AVRO-2012: 1/4 finalın hakimləri açıqlandı
20.06.2012 - 18:32
AVRO-2012: 1/4 finalın hakimləri açıqlandı
AVRO-2012-nin 1/4 final mərhələsinin oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah başlayıb 4 gün davam edəcək mərhələnin oyunlarında İngiltərə, Sloveniya, İtaliya və Portuqaliyadan olan ədalət təmsilçiləri fit çalacaq.

21 iyun, Varşava (Polşa)
23:45. Çexiya — Portuqaliya
Baş hakim: Hovard Uebb (İngiltərə).

22 iyun, Qdansk (Polşa)
23:45. Almaniya – Yunanıstan
Baş hakim: Damir Skomina (Sloveniya).

23 iyun, Donetsk (Ukrayna)
23:45. İspaniya — Fransa
Baş hakim: Nikola Ritsoli (İtaliya).

24 iyun, Kiyev (Ukrayna)
23:45. İngiltərə - İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya).