UEFA-dan AVRO-2012-nin daha bir iştirakçısına cəza
21.06.2012 - 09:04
UEFA Avropa çempionatının daha bir iştirakçısını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nizam-İntizam Komitəsi İngiltərə Futbol Assosiasiyası ilə bağlı 5 min avroluq qərar çıxarıb. Bu da İngiltərə yığmasının azarkeşlərinin yolverilməz hərəkətləri ilə bağlıdır. Belə ki, ingilis azarkeşlər Ukrayna millisi ilə Donetskdə keçirilən qrup matçında meydana çıxmağa cəhd ediblər. Buna görə də qurum 5 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, UEFA bunadək Almaniya və Portuqaliyanın ali futbol qurumlarını azarkeşlərinin intizamsız hərəkətlərinə görə cərimələmişdi.
Qeyd edək ki, UEFA bunadək Almaniya və Portuqaliyanın ali futbol qurumlarını azarkeşlərinin intizamsız hərəkətlərinə görə cərimələmişdi.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0