Dörd hakim üçün “qırmızı vərəqə”
21.06.2012 - 09:18
AVRO-2012-də idarəçilik edən 4 hakim turnirdən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hakimliklə bağlı baş müşaviri olan məşhur Pyerluicci Kollina macar Viktor Kaşşai, hollandiyalı Byonr Keypers, ispaniyalı Karlos Velasko Karbalyo və almaniyalı Volfqanq Ştarkın həmin siyahıya daxil olduğunu bildirib. Evlərinə göndərilən bu hakimlər bu gündən başlayan pley-off mərhələsində iştirak edə bilməyəcəklər.
Onlardan idarəçiliyi ən çox müzakirə olunan Kaşşai oldu. Belə ki, təcrübəli hakim Ukrayna – İngiltərə matçında meydan sahiblərinin təmiz qolunu saymayıb.
Keypers Ukraynanın digər matçında – Fransa yığması ilə oyununda baş hakim olub. Karbalyo isə turnirin açılış oyunu olan Polşa – Yunanıstan matçında idarəçilik edib.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0