Bundestim yarımfinala 4 qolla çıxdı
23.06.2012 - 00:37
AVRO-2012-nin 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının 2-ci yarımfinalçısı Almaniya – Yunanıstan qarşılaşmasında müəyyənləşib.
Polşanın Qdansk şəhərində keçirilən qarşılaşmada çempionatın mükafatçılarından biri məlum olub. Yarışda III yer uğrunda oyun olmadığından yarımfinala çıxan komanda artıq indidən ən azı bürünc mükafatı təmin edir. Portuqaliyanın ardınca buna Almaniya nail olub.
Bu, komandalar arasında 9-cu qarşılaşma olub. İndiyədək baş tutan görüşlərdə Yunanıstan qələbəyə həsrət idi ki, seriya yenə davam etdi. Əvvəl keçirilən 8 oyunda onların qazancı 3 heç-heçə olmuşdu Bundestim isə rəqibini 5 dəfə məğlub etmişdi. “Alman maşını” top fərqində də öndə idi – 17:7.
Bu dəfəki qarşılaşma isə məhsuldarlığı ilə seçilib. Altı qolun vurulduğu görüşdə Almaniya üstün olub – 4:2. Bununla da Bundestim ardıcıl 4-cü dəfə böyük turnirlərin final mərhələsində yarımfinala çıxıb.
AVRO-2012
Final mərhələsi
1/4 final
ALMANİYA – YUNANISTAN - 4:2
QOLLAR: Filip Lam, 39; Sami Xedira, 61; Miroslav Kloze, 68; Roys, 74- Samaras, 55; Salpangidis, 89 (pen)
Baş hakim: Damir Skomina (Sloveniya)
Qdansk. “PGE-Arena”

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0