Yoahim Löv: Yunanıstan yığması təhlükəli rəqibdir
21.06.2012 - 17:42
Yoahim Löv: Yunanıstan yığması təhlükəli rəqibdir
“Qdanskda özümüzü evdəki kimi hiss edirik. Bizi burada böyük sevinclə qəbul etdilər. Biz burada 1/4 final oynamağı istəyirdik və bu arzumuz çin oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Avropa çempionatının qrup mərhələsini yüz faizli nəticə ilə bitirən yeganə komanda olan Bundestimi sabah 1/4 finalda Yunanıstan millisi ilə sınaq gözləyir.

Löv asan rəqiblə oynayacaqlarını düşünmür: “1/4 final matçı tam başqa olacaq. Hətta onu nəzərə alaq ki, yunanlar Danimarka ilə oxşar üslubda oynayır. Yunanıstan təhlükəli rəqibdir. Lars Bender cinah müdafiəçisi mövqeyində çıxış edən bütün tələblərə cavab verir. Ümumiyyətlə, Bender təbiətinə görə qalibdir. O, çox iddialı və yaxşı futbolçudur”.