AVRO-2012-nin iştirakçısı Berti Foqtsu baş məşqçi postuna gətirir
22.06.2012 - 09:32
AVRO-2012-nin ev sahiblərindən olan Polşa yığması baş məşqçi postuna namizədlərin adlarını açıqlayıb. Apasport.az saytının Reuters-ə istinadən məlumatına görə, final mərhələsində topladığı 2 xalla qrupda qalan polşalılar postundan gedən Frantişek Jmudanı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla əvəzləmək istəyir. Polşa Futbol Federasiyasının prezidenti Qjeqoj Lyato baş məşqçi vəzifəsinə kimlərin namizəd olduğunu bildirib: “Siyahıda 2 namizəd var. Bunlar polşalı Valdemar Fornaliklə almaniyalı Berti Foqtsdur. Onlar arasında seçim ediləcək”.
Qeyd edək ki, AFFA-nın 2008-ci ilin aprelindən millimizin baş məşqçi postuna gətirdiyi 66 yaşlı Foqtsla növbəti seçmə mərhələnin – 2014-cü ilin sonuna kimi müqaviləsi var.
Qeyd edək ki, AFFA-nın 2008-ci ilin aprelindən millimizin baş məşqçi postuna gətirdiyi 66 yaşlı Foqtsla növbəti seçmə mərhələnin – 2014-cü ilin sonuna kimi müqaviləsi var.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0