Millimiz gənclərin Avropa çempionatında gümüş medal qazandı
22.06.2012 - 11:28
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyunun 21-də sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.
51 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. İdmançımız ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, bu gün isə Avropa çempionatında gənc qızların mübarizəsində 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçiriləcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0