Fransa yığması da mübarizəni dayandırdı
24.06.2012 - 00:34
Fransa yığması da  mübarizəni dayandırdı
AVRO-2012-də 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələ oyunlarını qəbul etmək növbəsi Polşadan Ukraynaya keçib.

İlk 2 1/4 final oyunu Polşada baş tutmuşdusa, bu dəfə azarkeşlərin diqqəti Ukraynanın Donetsk şəhərinə yönəlib. Burada C qrupunun qalibi İspaniya ilə D qrupunun ikincisi Fransa üz-üzə gəlib.

Hərəyə 2 dəfə qitə çempionu olmuş rəqiblərin duelində ispaniyalılar qalib gəlib. Son dünya və qitə çempionları hər hissədə 1 qol vuraraq inamlı qələbə qazanıblar – 2:0



AVRO-2012

Final mərhələsi
1/4 final


İSPANİYA – FRANSA - 2:0
QOLLAR: Xabi Alonso, 19; 90+1 (pen)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Donetsk. “Donbass-Arena” stadionu