Güləşçimiz Avropa çempionu oldu
22.06.2012 - 21:41
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, çempionatın dördüncü günündə sərbəst güləş üzrə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib. İki çəkidə iştirak edən gənc qızlarımız 1 qızıl və 1 bürünc medal əldə edib.
48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Çempionluq yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda isə Moldova təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradan Kəmalə Əliyeva qızıl medala sahib olub.
55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polyak rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya güləşçisinə heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb.
Beləliklə, Avropa çempionatında sərbəst güləş üzrə gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
İyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0