“Mən yalnız 1 məqama görə gileylənə bilərəm”
23.06.2012 - 10:00
“Möhtəşəm oyun oldu. Ardıcıl 4-cü dəfədir yarımfinala çıxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Bundestimin baş məşqçisi AVRO-2012-nin 1/4 final mərhələsinin Yunanıstanla qarşılaşmasından sonra 4:2 hesablı qələbənin ədalətli olduğunu bildirib: “AVRO-2004-dən sonra heç kim bizdən belə nailiyyət gözləmirdi. Turnirdə ən gənc komanda bizdədir. Əla perspektiv var. Komandamın bacardıqları ilə fəzr edirəm. Bizim qələbəyə layiq olduğumuza heç bir şübhə yoxdur. Yunanıstan oyun ərzində 1 qol imkanı yaradıb ikisini vurdu. Mən yalnız 1 məqama - matçın əvvəlində qaçırılan qol vəziyyətlərinə görə gileylənə bilərəm. Ümumilikdə isə biz yunanları üstələdik”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0