Zinəddin Zidanın rekordu qırıldı
24.06.2012 - 09:22
Zinəddin Zidanın rekordu qırıldı
İspaniya milli komandasının futbolçusu Xavi Ernandes Avropa çempionatlarının rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 32 yşlı yarımmüdafiəçi turnirin final mərhələsində yeni rekorda imza atıb.

O, AVRO-2012-nin Fransa ilə ¼ final mərhələsinin oyununda etdiyi ötürmələrlə buna nail olub. Artıq Xavinin hesabında Avropa çempionatları oyunlarında 734 ötürmə var.

Bu isə mütləq rekorddur. Bunadək rekord əfsanəvi fransalı Zinəddin Zidana məxsus idi – 707 ötürmə.