Yarımfinalda Pireney dueli
24.06.2012 - 09:53
Yarımfinalda Pireney dueli
AVRO-2012-nin ilk yarımfinal cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 27-də baş tutacaq qarşılaşmada Pireney yarımadasının komandaları görüşəcək.

1/4 finalın Fransa ilə oyununda 2:0 hesabı ilə inamlı qələbə qazanan İspaniya Portuqaliya ilə görüşəcək. Çexiyanı minimal hesabla yenən portuqaliyalılarla üz-üzə gələcək son dünya və Avropa çempionları Pireney derbisində qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu komandalar 2 il əvvəl dünya çempionatında da üz-üzə gəlmişdi. Həmin vaxt ispaniyalılar 1:0 hesabı ilə qalib gələrək yoluna davam etmişdi.