“Fernando Torresli İspaniyaya qarşı oynamağa hazırlaşmışdıq”
24.06.2012 - 12:00
“Fernando Torresli İspaniyaya qarşı oynamağa hazırlaşmışdıq”
“Biz Fernando Torresli İspaniyaya qarşı oynamağa hazırlaşmışdıq. O, oynasaydı işimiz daha asan olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa milli komanadsının baş məşqçisi Loran Blan deyib.

O, AVRO-2012-nin 1/4 final mərhələsinin İspaniya ilə oyunundakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Biz rəqibin gücünü bilirdik. Onları dayandırmaq istəyirdik. Lakin Xabi Alonsonun qolu gözlənilməz oldu. Bu qoldan sonra futbolçularımız əsəbiləşməyə başladı”.