7-ci cəhddən
24.06.2012 - 15:03
7-ci cəhddən
İspaniya milli komandası Fransa sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, AVRO-2012-nin 1/4 final oyununda rəqibini 2:0 hesabı ilə məğlub edən pireneylilər tarixində ilk dəfə rəqmi görüşlərdə “üçrənglilər”ə qalib gəlib.

Bunadək komandalar dünya və Avropa çempionatları çərçivəsində 6 dəfə qarşılaşmışdı. Bu oyunlarda Fransa 5 dəfə sevinmişdi. Daha 1 dəfə isə rəqiblər heç-heçə ilə ayrılmışdı. İndiyədək qələbəsi olmayan ispaniyalılar 7-ci cəhddən sindromu qırdı.