Çezare Prandelli: Layiq olduğumuz qələbəni qazandıq
25.06.2012 - 08:53
Çezare Prandelli: Layiq olduğumuz qələbəni qazandıq
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli İngiltərə yığması ilə matçdan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı AVRO-2012-nin 1/4 finalında qalib gəldikləri penalti seriyasında (4:2) futbolçularından razı qaldığını deyib.

Onun sözlərinə görə, yetirmələri meydanda bütün güclərini ortaya qoyublar: “Rəqibə qarşı çox yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Deyərdim ki, yarışın yaxşı komandalarından birinə qarşı sonadək mübarizə apardıq və yarımfinala yüksəldik. Qələbəni bir qədər gözləməli olsaq da, mərhələ adladıq. Hələlik bu qələbəni bayram edəcəyik”.