“Qalatasaray” üçün AVRO-2012-dən 5 milyonluq tapıntı
25.06.2012 - 10:02
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini gerçəkləşdirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Ukrayna milli komandasının futbolçusu Yevgeni Konoplyankanı heyətinə qatmaq istəyir.
“Cim-Bom” rəhbərliyi AVRO-2012-də özünü yaxşı tərəfdən göstərən yarımmüdafiəçi ilə danışıqlara başlamağa qərar verib. Onlar vətənində “Dnepr”in şərəfini qoruyan futbolçu üçün 5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Yevgeninin dnepropetrovsklilərlə müqaviləsi 2013-cü ilin dekabrında başa çatır.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0