Səudiyyə Ərəbistanında qadın idmançılara olimpiadada iştirak icazəsi
25.06.2012 - 11:22
Səudiyyə Ərəbistanı hökuməti qadın idmançılarına ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak icazəsi verib. Lent.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyi açıqlama yayıb.
Milli Olimpiya Komitəsindən isə bildiriblər ki, hələlik yalnız bir qadın təmsilçinin adı məlumdur. Bu, 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında atçılığın konkur növündə bürünc medal qazanmış Dalma Rüşdi Malxasdır. Lakin digər qadınların da yığmaya düşəcəyi istisna deyil. Lakin onlar olimpiadada “namuslarını qoruyan” geyimdə - bədən fiqurunu göstərməyən kostyumda və sifəti açıq hicabda çıxış etməlidirlər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0