Olimpiada üçün 3-cü cəhd
25.06.2012 - 13:22
Olimpiada üçün 3-cü cəhd
2024-cü ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməyə iddiaçılardan biri məlum olub. Apasport.az saytının məlumatına görə, Qətər Olimpiya Komitəsi bunun üçün namizədliyini verəcəyini rəsmən açıqlayıb.

2016 və 2020-ci illərdə iddiaçı olan Asiya təmsilçisi 3-cü dəfə özünü sınamaq niyyətindədir. Qurumun baş katibi Səud bin Əbdül Rəhman Əl Tani bildirib ki, Olimpiya Oyunlarını Ərəbistan yarımadasına aparmaq üçün yollarından dönməyəcəklər: “Biz artıq 2 dəfə buna cəhd etmişik və iddiaçılığımızı davam edəcəyik. Qətəri dünya idmanının mərkəzinə çevirmək istəyirik”.

2022-ci ildə futbol üzrə dünya çempionatını qəbul edəcək ərəblər yenə Olimpiadanı paytaxt Dohada keçirmək arzusundadırlar.

Qeyd edək ki, Bakı kimi Doha da Olimpiada ev sahibliyi uğrunda hər 2 cəhdində ilk mərhələdəcə mübarizənin dayandırıb.