Azərbaycan – Ermənistan - 3:0
26.06.2012 - 19:05
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yarışın növbəti günündə daha 4 həmyerlimiz rinqə çıxıb.
50 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev litvalı Yaroslav Karpoviçi 18:7 hesabı ilə məğlub edərək, ¼ finala vəsiqə qazanıb. Avropa birinciliyindəki 3-cü Azərbaycan-Ermənistan mübarizəsi boksçularımızın üstünlüyü ilə yekunlaşıb. Bu dəfə Elnur Şəfizadə (48 kq) Artur Qeinşapyan üzərində 17:14 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, buna qədər Məhəmmədəli Tahirov (80+kq) və Orxan Əliyev də (80kq) erməni rəqiblərini məğlub etmişdilər.
52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada Ukrayna idmançısı Vitali Solyanikə 11:15 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb. Şamil İbrahimzadə isə (57 kq) ikinci döyüşünü də qalibiyyətlə yekunlaşdırıb. Boksçumuz bu dəfə İngiltərəni təmsil edən Sahir İqbalı 10:5 hesabı ilə üstələyib. Avropa birinciliyinə13 boksçu ilə yollanan milli komandamızdan hələ ki 4 idmançı mübarizəni dayandırıb.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0