Daha bir həmyerlimiz erməni rəqibinə gücünü göstərdi
27.06.2012 - 09:58
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın dördüncü günündə də püşkə əsasən Azərbaycan v Ermənistan idmançıları rinqə çıxmalı olublar.
70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib. Bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər.
Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun 1/4 finala yolunu açıb. Təssüff ki, 75 kq çəki dərəcəsində yarışan Nicat Sadıqov Belarusun digər təmsilçisi Nikita Samtsovu üstələyə bilməyib. 1 xalla rəqibinə uduzan (12:13) boksçumuz Avropa birinciliyindən kənarda qalıb.
Ən ağır çəkili boksçumuz (80+kq) Məhəmmədəli Tahirovun da bəxtinə Belarus boksçusu düşüb. Ancaq milli komandamızın üzvü Kiril Xarlanovun öhdəsindən gələ bilib. 13:7 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala vəsiqə qazanıb.
Bu gün Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçiriləcək. Yarışa isə iyunun 30-da yekun vurulacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0