Çezare Prandelli: Almaniyanın bizdən 2 gün çox istirahət etməyi haqsızlıqdır
27.06.2012 - 17:45
“Bizim oyunun favoriti Almaniya yığmasıdır. Ancaq biz matça yaxşı hazırlaşsaq, onda almanlar məğlubedilməz yox, sadəcə, çox güclü olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli deyib.
Təcrübəli italiyalı mütəxəssis Avropa çempionatının 2-ci yarımfinal oyununda sabah üzləşəcəkləri Almaniya millisinin daha çox istirahət etməyindən gileylənib: “Bizim oyunlar arasında 2 gün fərq olub. Bu, hazırlıqda çox böyük fərqdir. UEFA bu haqsızlığa yenidən baxmalıdır. Çünki Almaniyanın bizdən 2 gün çox istirahəti olub. Bu haqsızlıq olmaqla yanaşı, oyunun ruhuna ziddir”.
Prandelli güclü rəqiblə oyunda hər top uğrunda mübarizə aparacaqlarını deyib: “Biz başa düşürük ki, rəqibə öz oyunumuzu diqtə edə bilmərik. Bu da start heyətini müəyyənləşdirəcək. Öz oyunumuzu elə quracağıq ki, rəqibin zəif yerləri az olsa da, ondan istifadə edək. Almaniya millisini xırdalığına kimi təhlil etməyə çalışacağıq. Rəqib tək hücumçu ilə oynayır ki, onun arxasında 3 hücuma meylli yarımmüdafiəçi yer alır”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0