Visente del Boske: Penaltilərdə bəxt üzümüzə güldü
28.06.2012 - 08:34
Visente del Boske: Penaltilərdə bəxt üzümüzə güldü
“Portuqaliya yığması əla müdafiə olunurdu. Bizim də elə çox qol imkanımız yox idi. Buna görə də oyun yetərincə bərabər alındı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib. Avropa çempionatının yarımfinalında Portuqaliya oyun sonrası penaltilər seriyasında qalib gələn ispanlar 4 ildən sonra yenidən finalda oynayacaq.

Rəqibini gözləyən del Boske bəxtlərinin gətirdiyini etiraf edib: “Biz əlavə vaxtda daha yaxşı görünürdük. Bundan sonra oyun sonrası penaltilər seriyasında bəxt üzümüzə güldü. Portuqaliya yığmasını əla turnir keçirdiyinə görə təbrik etmək istərdim. Ancaq bununla belə, bu gün bizim bəxtimiz gətirdi. Əlavə vaxt göstərdi ki, biz daha təcrübəli komandayıq”.

Təcrübəli ispaniyalı çalışdırıcı bu gün keçiriləcək Almaniya – İtaliya yarımfinalı haqda da fikirlərini söyləyib: “İkinci yarımfinalda gərgin duel gözlənilir. Finalda rəqibimizdən asılı olmayaraq, həlledici oyun əla alınacaq. Komandamıza kiminlə oynamağın fərqi yoxdur”.

Qeyd edək ki, İspaniya son Avropa çempionatının finalında Almaniyaya qalib gələrək, tarixində ilk dəfə qitə çempionu olub.