Paulu Bentu: Biz Avropa çempionatını başı uca tərk edirik
28.06.2012 - 08:55
“Fikrimcə, biz yaxşı turnir keçirdik. Məncə, əsas vaxtda biz daha yaxşı idik. Ancaq əlavə vaxtı az effektli olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib. Avropa çempionatının yarımfinalında qolsuz bərabərliyə qaldıqları İspaniya ilə matçda oyun sonrası penaltilər seriyasında 2:4 hesabı ilə uduzan portuqaliyalılar bununla da turniri bürünc mükafatçı kimi başa vurdular.
İspaniya yığmasını əla komanda adlandıran Bentunun fikrincə, qol imkanlarından istifadə edə bilməməkləri həlledici olub: “Biz qol şanslarımızdan yararlana bilməməkdən sonra üstünlük ispanlara keçdi. Biz isə onlardan pis oynadıq. Əlavə vaxtda ispanlara meydanımızda “oturmağa” imkan verdik. Ancaq ilk 90 dəqiqədə qələbə qazanmaq üçün yaxşı şanslarımız oldu. Əgər ispanlara necə uduzmağı seçməli olsaydım, qətiyyən penaltiləri götürməzdim. Sonuncu penaltini Kriştianu Ronaldonun vurmağı planlaşdırılırdı. Əgər hesab 4:4 olsaydı və son zərbə Ronaldoya qalsaydı, hər şey başqa cür olardı. Hərçənd heç nədən üzülmürəm. Biz turniri başıuca tərk edirik. Ölkəmiz yığmaya inana bilər. Əminəm ki, Portuqaliya oyunumuzla fəxr edir”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0