“Ölüm qrupu”nun ilk qurbanı
28.06.2012 - 09:14
“Ölüm qrupu”nun ilk qurbanı
AVRO-2012-də növbəti baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, final mərhələsində yer aldığı “Ölüm qrupu”nda hər 3 oyunda uduzmaqla fiaskoya uğrayan Hollandiya yığmasının çalışdırıcısı Bert van Marveyk postundan gedib. Hollandiya Futbol İttifaqı (HFİ) yerli mütəxəssislə 2016-cı ilə kimi olan müqaviləsini pozub. Halbuki milli nə qədər uğursuz çıxış etsə də, baş məşqçi ilə anlaşmaya vaxtından əvvəl xitam verməyi heç kim istəmirdik. Ancaq van Martveyk özü istefa verib.
HFİ-nin direktoru Bert van Ostven baş məşqçinin qərarından təəssüfləndiklərini bildirib: “İttifaqımız ona minnətdarlığını bildirir. Milli komandamız onun rəhbərliyi altında dünya çempionatında çox yaxşı çıxış etdi və hətta FİFA-nın reytinqində 1-ci yeri tutdu. Şəxsən mən onunla əməkdaşlığımızdan çoxlu yaxşı şeylər görürdüm. Əlbəttə, belə tez ayrılmaq üzücüdür, ancaq biz realist olmalıyıq”.

Qərb mətbuatı baş məşqçi postuna Hollandiya futbolunun əfsanələrindən olan Ronald Kumanı gətirsə də, “Feyenoord”un çalışdırıcısı klubunda işi olduğuna görə mümkün təyinatını artıq təkzib edib. Digər namizədlərin adları hələ açıqlanmır.

2008-ci ildə yığmaya gətirilən van Marveyk 2010-cu ildə dünya çempionatında ardıcıl 6 qələbə qazanaraq, yalnız finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı uduzaraq, gümüş medalçı oldu.

Qeyd edək ki, final mərhələnin təşkilatçılarından olan Polşa yığmasının baş məşqçisi Frantişek Jmuda uğursuz çıxışdan sonra istefa verib. Onun kimi A qrupunda qalan Rusiya yığmasının hollandiyalı çalışdırıcısı Dik Advokat isə turnirdən sonra postundan gedəcəyi hələ xeyli əvvəldən məlum idi.